domenaz

Saytınızın adı burada başlayır

Adı yazın — boş olub-olmadığını və qiymətini dərhal görün.

Domen üç addımda sizin olur

  1. Adı yoxlayın

    Yuxarıdakı xanaya adı yazın. Bir neçə zonanı birdən yoxlayır, boş olanları qiyməti ilə göstəririk.

  2. Ödəyin

    "Al" düyməsi sizi DenizHost səbətinə aparır. Bank kartı, balans və ya bank köçürməsi ilə ödəyin.

  3. İdarə edin

    Domen hesabınıza düşür: DNS qeydləri, NS serverləri, EPP kodu və yeniləmə müştəri panelindədir.

Domeninizlə nə edə bilərsiniz

  • DNS qeydlərini özünüz dəyişin

    A, CNAME, MX, TXT qeydləri — panelin içində, gözləmədən.

  • Başqa yerdən köçürün

    Domeniniz başqa qeydiyyatçıdadırsa, EPP kodu ilə bizə keçirin — müddəti 1 il uzanır.

  • Hostinqlə birləşdirin

    DenizHost hostinqi götürsəniz, domen avtomatik qoşulur — NS yazmağa ehtiyac yoxdur.

  • Azərbaycan dilində dəstək

    Sualınız olanda ticket, WhatsApp və ya telefonla yazın — real insan cavab verir.

Domen hazırdır. Sayt harada yaşayacaq?

DenizHost hostinqində NVMe SSD, pulsuz SSL və e-poçt qutuları — domeninizə bir kliklə qoşulur.

Hostinq paketləri

Tez-tez soruşulanlar

Ödənişdən sonra domen nə vaxt mənim olur?

.com, .net, .org kimi zonalarda qeydiyyat ödəniş təsdiqlənən kimi avtomatik başlayır və adətən bir neçə dəqiqə çəkir. Bəzi zonalarda (məsələn .az) qeydiyyat əl ilə aparılır və iş günü ərzində tamamlanır — nəticə e-poçtunuza gəlir.

Qiymətə nə daxildir?

Göstərilən qiymət bir illik qeydiyyatdır. Növbəti illər üçün "yeniləmə" qiyməti tətbiq olunur — onu da hər zonanın yanında yazmışıq, gizli ödəniş yoxdur.

Domeni hansı hesabla idarə edəcəyəm?

Domen.az DenizHost layihəsidir. Sifariş zamanı DenizHost-da hesab açırsınız (və ya mövcud hesabla daxil olursunuz) — domenlər, fakturalar və DNS orada bir yerdədir.

Domenimin müddəti bitəndə nə olur?

Bitmədən əvvəl yeniləmə fakturası və xatırlatma e-poçtu göndəririk. Balansınızda vəsait varsa, faktura avtomatik ödənilir.

İstədiyim ad tutulubsa, nə edim?

Başqa zonanı yoxlayın (.com tutulubsa, .az və ya .net boş ola bilər) və ya ada qısa söz əlavə edin. AI generatorumuz da uyğun boş adlar təklif edir.